image-n1karobka_ads
image-123
image-677505e2ae5ac971dd09b91ebackend

Fiko Ukraynadan qaz tranzitinin dayandırılmasının Aİ üçün nəticələri barədə xəbərdarlıq edib

image-ad_qayo_720x110px

Slovakiyanın baş naziri Robert Fiko videomüraciət zamanı xəbərdarlıq edib ki, bütün Avropa İttifaqı Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması səbəbindən ağır nəticələr gözləyir.

“Bunun Avropa İttifaqında hamımız üçün ağır nəticələri olacaq, lakin Rusiya üçün deyil” dedi Fico.

Bundan əvvəl Slovakiyanın Eustream qaz nəqli şirkəti Ukraynadan Rusiya qazının Slovakiyaya nəqlinin dayandırıldığını təsdiqləyib.

“Qazprom” yanvarın 1-də Moskva vaxtı ilə saat 08:00-da Ukrayna vasitəsilə Avropaya qaz nəqlini dayandırıb.

Ukraynanın Energetika Nazirliyi bəyan edib ki, ölkənin qaz nəqli sisteminin infrastrukturu Rusiya qazının tranzitini dayandırmağa hazırdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki