Amerikanın Ford şirkəti ABŞ-da 270 mindən çox elektrik və hibrid avtomobili geri çağırdığını açıqlayıb.
Doğru.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, geri çağırılmanın səbəbi avtomatik dayanacaq sistemində aşkar edilən nasazlıqdır. Sözügedən texniki problem avtomobilin öz-özünə hərəkət etməsinə səbəb ola bilər.
Geri çağırılma F-150 Lightning BEV, Mustang Mach-E və Maverick modellərini əhatə edir. Şirkət hələlik geri çağırılma prosesinin konkret vaxt çərçivəsini açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl Volkswagen şirkətinin 88 ildən sonra ilk dəfə Almaniyadakı zavodunda istehsalı dayandıracağı bildirilmişdi. Bundan əlavə, noyabr ayında Bild qəzeti Almaniya avtomobil sənayesində təxminən 200 min iş yerinin ixtisar edilə biləcəyi barədə məlumat yayıb.
DOĞRU.AZ




























