image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220401_164140_444backend

Fotoqraf Valeh Arifoğlu tələbələrə master klass keçib – FOTOLAR

image-728x90px

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində fotojurnalist, Azərbaycan Fotoqraflar Birliyinin üzvü, 2021-ci ildə keçirilmiş “Vətən müharibəsi – qələbənin simaları” fotomüsabiqəsinin qalibi olmuş Valeh Arifoğlu ilə tələbələrin görüşü keçirilib.

Görüşdə çıxış edən Fotojurnalistika fənninin müəllimi Günel İsgəndər tələbə-gənclərin dəvətini qəbul edib görüşdə iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirib.

Sonra V.Arifoğlu həyatı, sənəti, peşəkar fəaliyyəti, fotojurnalistikanın janrları, foto çəkmənin incəlikləri, fotoaparatın quruluşu, foto avadanlıqlar, gələcək planları və digər məsələlərlə bağlı ətraflı məlumat verib, zəngin xatirələrini bölüşüb. Qonaq eyni zamanda çəkdiyi fotoları təqdim edib. BDU TV-nin fəaliyyəti ilə tanış olub.

V.Arifoğlu öz növbəsində göstərilən diqqətə, yaradılan imkana görə təşəkkürünü bildirib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

DOĞRU.AZ

image-fb_img_1648815878549 image-fb_img_1648815880963 image-fb_img_1648815884470 image-fb_img_1648815887998 image-fb_img_1648815891119 image-fb_img_1648815893578 image-fb_img_1648815896835 image-fb_img_1648815900260 image-fb_img_1648815903301

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki