image-n1karobka_ads
image-123
image-ctwmartiurliej7jy1bea5wkugkfjgietvekpe5i_1200backend

Fransada anormal istilərə görə hava təhlükəsi maksimum səviyyəyə qaldırılacaq

Doğru.az xəbər verir ki, Fransanın paytaxtı ətrafındakı aqlomerasiyada və ölkənin digər 15 departamentində istilərlə bağlı hava təhlükəsinin ən yüksək — qırmızı səviyyəsi tətbiq ediləcək.

Milli meteoroloji xidmət “Meteo France”ın məlumatına görə, əlavə olaraq 68 departamentdə isə narıncı səviyyədə (yüksək risk) hava xəbərdarlığı verilib.

Qeyd edilir ki, şimal Atlantika sahilləri istisna olmaqla, ölkə ərazisində temperatur +34°C-dən yuxarı qalxacaq, risk altında olan bölgələrdə isə +38°C-dən +41°C-dək yüksəlməsi gözlənilir.

Beynəlxalq “Bloomberg” agentliyi xəbər verir ki, Qərbi Avropada anomal istilər yaxın günlərdə pik həddinə çatacaq.

Xatırladaq ki, iyunun əvvəlində İspaniyada 46°C ilə iyun ayı üçün rekord istilik qeydə alınmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki