image-n1karobka_ads
image-123
image-6837f380ae5ac969897549f0backend

G3 maqnit qasırğası qısamüddətli olacaq və tezliklə sona çatacaq

G3 səviyyəli geomaqnit qasırğası mayın 29-da səhər günəş küləyinin gözlənilməz artımından sonra başlayıb.

Bu barədə Phobos mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz Telegram kanalında danışıb.

Bildirilir ki, mayın 28-dən 29-na keçən gecənin ikinci yarısında Yerə yaxın kosmosda günəş küləyinin sürəti kəskin şəkildə 650 km/s-i keçib, temperaturu isə bəzən 1 milyon °C-ə çatıb.

Fırtınanın başlanğıcı Moskva vaxtı ilə saat 05:16-da qeydə alınıb.

“Çox güman ki, başlayan maqnit qasırğası qısamüddətli olacaq və tezliklə sona çatacaq, lakin maqnit qasırğaları səviyyəsinə çatmayan geomaqnit sahəsində pozuntular günün sonuna qədər davam edəcək” deyə Leus yazıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki