image-2000x150px
image-123
image-ads_atlas
image-16274835492599820281_1200x630backend

Gənc fotoqrafın “Mənim yolumda” adlı fərdi sərgisi açılacaq

image-728x90px

“Doğru.az” xəbər verir ki, Bakı Küçə Fotoqrafiyası Festivalının təqdim etdiyi sərginin ekspozisiyasında müəllif tərəfindən Türkiyədə, Ukraynada və Azərbaycanda çəkilmiş kadrlar yer alıb. Bu, müəllifin Azərbaycanda ilk fərdi sərgisidir. Tural Rəhmanlı küçə fotoqrafiyası janrında çəkən nadir fotoqraflardan biridir.

Müəllif insanların problemlərində özünəməxsus gözəlliyi və estetikanı görərək, tamaşaçılara onları nəzərdən keçirməyi təklif edir. Sərginin kuratoru Xalid Zeynalovdur.
Sərgi iyulun 31–dən avqustun 9-dək “NUR Art House”da (İçərişəhər, Qəsr küç, 27) nümayiş olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki