image-2000x150px
image-123
image-ads_atlas
image-1707223196414813923_1200x630backend

“Gizir hazırlığı kursu”nun növbəti buraxılış mərasimləri keçirilib – FOTO

image-728x90px

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda “Gizir hazırlığı kursu”nun növbəti buraxılış mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  Doğru.az-a verilən məlumata görə, mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Məzunlar da, öz növbəsində, kurs müddətində qazandıqları bilik və bacarıqlarını daha da təkmilləşdirərək xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

Sertifikatların təqdimatı və kurs birinciləri tərəfindən yaş kötüyünə rəmzi emblem vurulduqdan sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

DOĞRU.AZ

image-17072231964953141830_1200x630 image-17072231965872946822_1200x630 image-1707223196422804656_1200x630 image-17072231964652145562_1200x630 image-17072231965448563194_1200x630 image-17072231965506021834_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki