image-n1karobka_ads
image-123
image-67aae55eae5ac92f1776e484backend

Google Maps Fars körfəzinin adını Ərəbistan körfəzinə dəyişdi

Amerikanın Google korporasiyası Google Maps xidmətində Fars körfəzinin adını Ərəbistan körfəzi adlandırıb.

Bildirilir ki, tətbiqin rus dilindəki versiyasında mötərizədə “ərəb” adı göstərilir.

Eyni zamanda, RİA Novosti-nin məlumatına görə, Yaxın Şərq regionunda yerləşən istifadəçilər üçün Ərəb körfəzi və ya Fars körfəzi axtararkən indi xəritədə “Ərəb körfəzi” nöqtəsi göstərilir.

Google daha əvvəl xəritələrdə Meksika körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirmişdi.

Bu arada, Rus Coğrafiya Cəmiyyəti Meksika körfəzinin adını Amerika Körfəzi adlandırmağı planlaşdırmadığını bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki