image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-10backend

Göyçayda mağazada pirotexniki vasitələr satan şəxs müəyyən edilib

image-728x90px

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədilə növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən mağazada pirotexniki vasitələrin satıldığı müəyyəb edilib.

Obyektə baxış keçirilərkən 4601 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki