Mayın 19-u gündüz saatlarından başlayaraq 20-si səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.
Doğru.az xəbər verir ki, xəbərdarlıq Bakını və Abşeron yarımadasını, eləcə də onlarla bölgəni əhatə edir. Qeyd olunur ki, bu müddət ərzində şimal-qərb küləyi bir çox rayonlarda saniyədə 20-28 metrə qədər güclənəcək.
Sarı xəbərdarlıq daha az təhlükəli, narıncı xəbərdarlıq isə daha ciddi risklərin mümkünlüyünə işarədir.
Küləkli hava müşahidə olunacaq əsas ərazilər bunlardır:
Saniyədə 13.9–20.7 m/s külək gözlənilən bölgələr: Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Şuşa, Tərtər, Quba, Şəki, Cəlilabad, Lerik və s.
Küləyin sürəti 20.8–28.4 m/s-dək artacaq ərazilər: Bakı, Abşeron, Gəncə, Tovuz, Şəmkir, Naftalan, Qobustan, Neftçala, Hacıqabul və Xızı.
Əhalidən hava şəraitinə uyğun davranmaları, xüsusilə açıq havada ehtiyatlı olmaları, yüngül tikililərə, ağaclara və elektrik xətlərinə yaxın durmamaları xahiş olunur.
DOĞRU.AZ