image-n1karobka_ads
image-123
image-17551547352298041975_1200x630backend

Güclü yağıntı və dolu – hava şəraiti həftə sonunadək davam edəcək

image-ad_qayo_720x110px

Avqustun 14-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Doğru.az xəbər verir ki, Balakən-Şəki zonasının bəzi ərazilərində yağıntılar xüsusilə intensiv və güclü olub.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yağıntının miqdarı Zaqatalada 154 mm (aylıq normanın 208 faizi), Balakəndə 35 mm (47 faiz), Oğuzda 10 mm, Qaxın Sarıbaş kəndində 9 mm, Şəkidə 8 mm, Cəlilabadda 4 mm, İmişlidə 3 mm, Şahdağ, Lənkəran, Qəbələ, Xınalıq, Qobustan, Qrız, Xaltan, Biləsuvar, Astara, Neftçala, Şamaxı, həmçinin Bakıda və Abşeron yarımadasında 2 mm-ə qədər qeydə alınıb.

Avqustun 13-ü saat 17:30 radələrində Kəlbəcər rayonunun Boyaxlı, İstisu və Çıraxlı kəndlərinə dolu düşüb. Lerik, Balakən, Qax, Qrız və Qusarda duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək azalıb.

Proqnozlara görə, yağıntılı hava şəraiti həftə sonunadək davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki