image-n1karobka_ads
image-123
image-66ed256202e8bd1f5f5ad1dfbackend

Gürcüstan ABŞ-ın sanksiyalarını seçki prosesinə müdaxilə adlandırıb

image-ad_qayo_720x110px

Gürcüstanın hakim partiyası “Gürcü Arzusu – Demokratik Gürcüstan” ABŞ-ın seçkilər öncəsi sanksiyalarını seçki prosesinə müdaxilə adlandırıb.

TASS xəbər verir ki, bu barədə brifinqdə parlament çoxluğunun üzvü Givi Mikanadze bildirib.

O qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi heç bir sübut və arqument olmadan Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlar Departamentinin rəhbərinə və onun müavininə qarşı sanksiyalar tətbiq edib.

“Dövlət Departamenti həmçinin yüksək rütbəli dövlət və bələdiyyə məmurları, parlament üzvləri və onların ailə üzvləri üçün viza məhdudiyyətlərinin tətbiq olunduğunu açıqlayıb. Seçkiqabağı dövrdə xarici dövlətin bu cür hərəkətləri seçki prosesinə müdaxilə və seçicilərin iradəsinə təsir göstərmək cəhdidir”.

Bundan əvvəl Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ-ın sanksiyalarını bu ölkəyə hücumla müqayisə edib.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki