image-n1karobka_ads
image-123
image-24-09-12-kis-kar-aabackend

Hava kəskin Dəyişəcək: Qar və sulu qar yağacaq – Bu Tarixdən…

image-add-a-heading

Bakıda və Abşeron yarımadasında fevralın 4–6-da fasilələrlə yağıntılı hava şəraiti gözlənilir. Fevralın 4-ü gün ərzində, 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimal olunur.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Sfera.az-a verdiyi məlumata görə, Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Fevralın 4–6-da bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı bildirilir.

Qeyd olunub ki, ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5–10 dərəcə aşağı enəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki