image-ads_n1karobka_mobile
image-whatsapp-image-2026-03-28-at-02-58-54-900x600backend

Hava kəskin soyuyur: Bakıya qar yağacaq? – Qış sürprizi

image-add-a-heading

Bakıda temperaturun düşməsi və intensiv yağış yağması havanın daha da soyuması ilə bağlı gözləntiləri artırıb.

Globalinfo.az xəbər verir ki, Bakıya güclü leysan, Laçın, Kəlbəcər, Şahdağ və bəzi ərazilərə qar yağması sosial şəbəkələrdə “qış sürprizi” kimi dəyərləndirilib.

Havanın soyuması fonunda paytaxtda qar və ya sulu qar yağacağı iddiaları da gündəmə gəlib.

Lakin mütəxəssislər bildirirlər ki, mövcud sinoptik şəraitə əsasən, Bakıda qar və ya sulu qarın yağması gözlənilmir. Paytaxtda yaxın iki gündə əsasən yağışlı hava şəraitinin davam edəcəyi, martın 29-u günortadan etibarən sakitləşəcəyi ehtimal edilir.

Sinoptiklər qeyd edir ki, martın sonu – aprelin əvvəllərində havanın dəyişkən keçməsi normaldır.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki