image-ads_n1karobka_mobile
image-1689317710_1668696968-herbci-1backend

Hərbçilərlə bağlı yeni qanun hazırlanacaq

image-add-a-heading

Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq.

“Report” xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü il yaz sessiyası üçün iş planına daxil edilib.

Bildirilib ki, sessiya müddətində komitə sədri və üzvləri dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ilə birlikdə yeni qanunun layihəsini hazırlamalıdır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki