İsaak Herzoq baş nazir Benyamin Netanyahunun korrupsiya işi ilə bağlı əfv tələbini yaxın vaxtlarda təmin etmək niyyətində deyil.
Doğru.az xəbər verir ki, The New York Times yüksək vəzifəli mənbələrə istinadən prezidentin əvvəlcə vasitəçilik təşəbbüsü ilə çıxış edərək işi təqsir müqaviləsinə çatdırmağa çalışacağını yazıb.
Məlumata görə, Herzoqun Netanyahunu dərhal əfv etmək üçün təcili planı yoxdur və o, prosesin danışıqlar yolu ilə həllinə üstünlük verir. Mənbələr bildirir ki, prezident ölkədə birliyi gücləndirmək məqsədilə birtərəfli qərar verməkdən çəkinir.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Herzoqa məktub göndərərək Netanyahunun korrupsiya işi ilə bağlı əfv edilməsini xahiş etmişdi.
DOĞRU.AZ

























