image-2000x150px
image-123
image-ads_atlas
image-86backend

“Heydər Əliyev İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə dəyirmi masa keçirilib

image-728x90px
06 dekabr 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, İctimai şuranın üzvləri, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin rəhbərləri və ziyalılar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla anılıb.
Sonra tədbiri Binəqədi RİH başçısı yanında İctimai Şuranın sədri Aslan Mehdiyev açıq elan etdi və iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırdı. Natiq şuranın iş fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi. A.Mehdiyev çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə etdiyini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirdiyini vurğuladı.
Çıxış edən digər natiqlər və şura üzvləri, ölkəmizdə Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasət bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin ölkəmizin müstəqilliyinin bərpası, qorunması və inkişafı istiqamətində müstəsna xidmətlərindən bəhs ediblər.
Sonda ictimai şuranın cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməsi, qarşıya çıxan problemlərin aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməsi bir daha vurğulandı. İctimai Şuraların fəaliyyətində cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsinin, sağlam dialoqun qurulmasının, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasının əsas məqsəd olduğu qeyd olundu.
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki