image-ads_n1karobka_mobile
image-1773670902_1766597045_hikmet-4_1-1backend

Hikmət Hacıyev paylaşım etdi – VİDEO

image-add-a-heading

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənddə yerləşən Azıx mağarası ilə bağlı paylaşım edib.

Doğru.az xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı “X” sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Azıx mağarası Qafqazda və ümumilikdə Avrasiya məkanında ən mühüm Paleolit dövrü abidələrindən biri hesab olunur:

“Hazırda burada beynəlxalq və yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam etdirilir. Bu araşdırmaların Neandertalların, Homosapienslərin fəaliyyətinə, eləcə də onların bölgədə birgə mövcudluğu və ya paralel şəkildə məskunlaşması ehtimalına dair mühüm elmi məlumatlar ortaya qoyacağı gözlənilir”.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki