2024-cü ilə qədər Rusiya xammalının Hindistan neft idxalının ümumi həcmində payı 10% artacaq və bütün xarici tədarüklərin təxminən üçdə birini (30%) təşkil edəcək.
Doğru.az xəbər verir ki, Hindistan neft-qaz şirkətinin icraçı direktorunun sözlərinə görə, artıq bu il Rusiya Federasiyasından neftin payı 2021-2022-ci illərin göstəriciləri ilə müqayisədə 10 dəfə artaraq Hindistanın neft idxal bazarının 20%-ni tutur.
Eyni zamanda, Moskva ilə Yeni Dehli arasında əmtəə ticarəti qarşılıqlı faydalıdır. Bu onunla əlaqədardır ki, Hindistan hazırda enerji resurslarının, o cümlədən neftin istehlakına görə dünyada üçüncü yerdədir. Yaxın gələcəkdə Asiya ölkəsində neft, qaz və benzinə tələbatın üç dəfə artacağı gözlənilir, deyə o izah edib.
“2021-2022-ci illərdə iki faizdən az olan Rusiya xam neft idxalının payı 2023-cü ildə on dəfə artaraq xam neft idxalı səbətində 20 faizə çatıb. 2023-2024-cü illərdə bunun 30 faiz olacağını gözləyirəm”, – deyə Kumar 26-cı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı yekunlaşdırıb.
Mənbə: Bloomberg