image-2000x150px
image-123
image-ads_atlas
image-udobrenie-1-pic_32ratio_900x600-900x600-4077backend

Hindistan və Aİ Rusiya gübrələrinin idxalını artırıb

image-728x90px

Moskvaya qarşı sanksiyaların tətbiqindən sonra Hindistan və Qərb ölkələrinə Rusiya gübrələrinin ixracı kəskin artıb. Bu mühüm kənd təsərrüfatı məhsullarının Asiya və Avropaya çatdırılması Rusiyaya satış bazarlarının bir hissəsinin itkisini kompensasiya etməyə imkan verdi. 

Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında Hindistana gübrə ixracının payı bir il əvvəlki 23 faizlə müqayisədə 34 faizə çatıb. Dehli Çin, ABŞ və Meksikanı keçərək Braziliyadan sonra Rusiya kimyəvi maddələrinin ən böyük idxalçısı olub.

Eyni zamanda, fiziki və pul ifadəsində ölkənin topladığı ehtiyatlar və ixracın bir hissəsinin başqa ölkələrə yönləndirilməsi hesabına Hindistana tədarük 15% azalıb. Bununla belə, Rusiya məhsullarına qiymət endirimləri 2022-ci illə müqayisədə kəskin şəkildə azalıb, nəşr aydınlaşdırıb.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki