image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_389634062_xl-2015-pic905-895x505-77600backend

Hollandiya iqtisadiyyatı rəsmi olaraq tənəzzülə uğrayıb

image-728x90px

Hollandiya iqtisadiyyatı 2023-cü ilin ikinci rübündə ÜDM-in 0,3% azalmasından sonra resessiyaya girdi.

Bunu Niderlandın Mərkəzi Statistika Bürosunun (CBS) məlumatları sübut edir.

2023-cü ilin ilk üç ayında ÜDM 0,4% azalıb. İqtisadiyyat iki rüb ardıcıl olaraq daralırsa, bu, tənəzzülün texniki tərifinə uyğun gəlir. Əvvəlki azalma 2020-ci ildə qeydə alınıb.

Büro qeyd edir ki, aprel-iyun aylarında azalmaya əsas təsir ticarət balansının və ev təsərrüfatlarının istehlak xərclərinin azalması olub.

Departamentin baş iqtisadçısı Peter Hein van Mulligen NOS telekanalına müsahibəsində tənəzzülün məhdud olduğuna inandırıb. Onun sözlərinə görə, ölkədə şirkətlərin müflisləşməsi və işsizliyin artması müşahidə edilmir.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki