Xətai Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Ajans.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.
Əmrə əsasən, Əhməd Məmmədov rayon icra hakimiyyətinin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri – baş memar vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Əhməd Məmmədov indiyədək rayon təsərrüfatı şöbəsində böyük məsləhətçi (memar) işləyib.
DOĞRU.AZ




























