Artıq sabahdan bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant formada təşkil ediləcək. Belə bir məqamda həm müəllimləri, həm də valideynləri ortaq bir məsələ düşündürür. Mövcud vəziyyətlə bağlı ölkə ərazisində tətbiq edilən internet məhdudiyyəti.
Artıq bir aydan çoxdur ki, ölkə ərazisində tətbiq edilən internet məhdudiyyəti təhsildən də yan ötüşmür. Bu isə vətəndaşlar arasında narahatlıq yaradır.
İnternet problemini həll etmək məqsədilə artıq sabahdan etibarən bütün təhsil müəssisələri üçün nəzərdə tutulan Micrasoft Teams proqramı VPN-siz işləyəcək.
Bu gün ölkəmizdə internetin keyfiyyəti ilə bərabər, həm də istifadəçi bacarığı da mühüm rol oynayır deyən İKT mütəxəssisi Rövşən Əkbərov qeyd edir ki, internetin sürətini daha da artırmaq məqsədilə istifadəçilər bəzi məqamlara da diqqət yetirməlidirlər.
İnternetlə yanaşı vətəndaşları düşündürən digər bir məqam isə distant təhsil alan şagird və tələbələrin növbəti mərhələyə keçməsidir. Təhsil eksperti Kamran Əsədov bildirib ki, pandemiya dövründə ənənəvi qaydada təhsil prosesi keçirilməsə belə bütün şagirdlər sinifdən keçəcək, sinifdə qalan olmayacaq.
Qeyd edək ki, Covid-19 infeksiyasına yoluxanların sayında kəskin artımın müşahidə olunduğundan ölkədəki bütün təhsil müəssisələrində distant təhsilə keçilib.(xezerxeber)