İran “Çamran-1” tədqiqat peykini 550 km yüksəklikdə orbitə çıxarıb və ondan ilk siqnalları alıb.
İranın İRNA xəbər agentliyinin məlumatına görə, peyk sentyabrın 14-də səhər saatlarında “Qaem-100” daşıyıcı raketindən istifadə etməklə orbitə çıxarılıb.
“Çamran-1” peyki orbitə buraxıldıqdan bir neçə saat sonra ilk siqnallarını göndərdi”, – nəşr yazır.
2024-cü il yanvarın sonlarında İranın “Simorgh” daşıyıcı raketindən istifadə edərək üç peyk buraxdığı xəbəri yayılmışdı.
Mənbə İRNA