image-ads_n1karobka_mobile
image-69b9c20d02e8bd26cd3a8503backend

İran hakimiyyəti Laricaninin ölümünü təsdiqləyib

image-add-a-heading

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyü barədə məlumat yayılıb.

Onun Telegram kanalında dərc olunmuş mesajda “…Allahın qulu yenidən Allaha qovuşdu” ifadəsi yer alıb.

Doğru.az xəbər verir ki, bu paylaşım onun ölümünü təsdiqləyən ilk rəsmi siqnallardan biri kimi qiymətləndirilib.

Əl-Cəzirə telekanalı isə daha əvvəl İsrail Müdafiə Qüvvələrinin Laricanini hədəf alaraq öldürdüyünü iddia edib.

Hadisənin diqqətçəkən məqamı isə bundan sonra baş verib. Belə ki, Laricaninin ölüm xəbərləri fonunda onun X (keçmiş Twitter) hesabında yeni paylaşımın edilməsi ciddi suallar doğurub.

Hazırda məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib və hadisənin detalları araşdırılır.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki