İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində fəaliyyət göstərən “Durnalar” Voleybol Klubu ləğv edilib.
Məlumata görə, klubun fəaliyyətinin dayandırmasına səbəb maliyyə problemləri olub.
Qeyd edək ki, İranın Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti dövlət qurumları klubun maliyyə problemlərinin həlli üçün heç bir tədbir görməyiblər.
Mənbə: Azad İran