İran Bəhreynin Sitra adasına PUA (pilotsuz uçuş aparatı) zərbəsi endirib. Nəticədə 4-ü ağır olmaqla, 32 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, Krallığın Səhiyyə Nazirliyi hadisə zamanı uşaqlar da daxil olmaqla onlarla insanın xəsarət aldığını açıqlayıb. Bildirilir ki, yaralılardan dörd nəfərin vəziyyəti ağırdır.
Məlumata əsasən, hücumda istifadə olunan dron yaşayış məntəqəsinin mərkəzinə düşüb, nəticədə ətraf ərazilərdə dağıntılar baş verib.
Sosial şəbəkələrdə və internetdə Bəhreyn ərazisində, o cümlədən neft emalı zavoduna yaxın hədəflərə endirilən zərbələrin görüntüləri də yayılıb.
DOĞRU.AZ


























