image-ads_n1karobka_mobile
image-69bf59ffae5ac951d5568547backend

İranın SƏRT HƏDƏSİ – ABŞ obyektləri hədəfə alınacaq

image-add-a-heading

Regionda gərginlik daha da artır, tərəflər açıq şəkildə bir-birini hədələyir.

Doğru.az xəbər verir ki, İranın “Xatəm əl-Ənbiya” hərbi komandanlığının mərkəzi qərargahı bildirib ki, ölkənin yanacaq-enerji infrastrukturuna hücum ediləcəyi təqdirdə, cavab zərbələri qaçılmaz olacaq. Rəsmi açıqlamada qeyd olunub ki, belə bir halda bölgədəki ABŞ-a məxsus enerji, informasiya texnologiyaları və su duzsuzlaşdırma obyektləri hədəfə alınacaq.

Bəyanatda vurğulanır ki, bu addım birbaşa cavab tədbiri kimi həyata keçiriləcək və nəticələri genişmiqyaslı ola bilər.

Qeyd edək ki, bundan qısa müddət əvvəl ABŞ prezidenti Donald Tramp İranı sərt şəkildə hədələyərək, Tehran Hörmüz boğazını 48 saat ərzində açmayacağı təqdirdə ölkənin elektrik stansiyalarına zərbələr endiriləcəyini bildirib.

Müşahidəçilər regionda vəziyyətin kritik həddə çatdığını və istənilən an daha geniş qarşıdurmanın baş verə biləcəyini istisna etmirlər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki