image-ads_n1karobka_mobile
image-1549376backend

İsrail ordusu onu da öldürdü

image-add-a-heading

İranın kəşfiyyat qurumunun yüksək vəzifəli əməkdaşı Mehdi Rostami Şamastanın Tehranda hava zərbəsi nəticəsində öldürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən məlumat yayılıb. Bildirilib ki, əməliyyat İsrail Hərbi Hava Qüvvələri tərəfindən Mossad və Şin Bet ilə koordinasiyada həyata keçirilib.

Məlumata görə, Şamastan İsrail mülki şəxslərinə və yəhudi hədəflərinə qarşı hücumların təşkilində əsas fiqurlardan biri olub.

Rəsmi İran tərəfi hadisə ilə bağlı hələlik açıqlama verməyib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki