image-ads_n1karobka_mobile
image-69f51d0b02e8bd09cc0526eabackend

İsrailin şimalında hava hücumu xəbərdarlığı elan edilib

İsrailin şimal bölgələrində hava hücumu xəbərdarlığı verilib.

Doğru.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb. Bildirilib ki, “düşmən təyyarəsinin sızması ehtimalı” səbəbindən sirenlər işə düşüb və hava hücumu siqnalları səsləndirilib.

Rəsmilərin açıqlamasına görə, müdafiə sistemləri naməlum hava vasitəsindən gələn potensial təhlükəni aşkarlayıb və buna uyğun olaraq bölgədə xəbərdarlıq aktivləşdirilib.

Qeyd edək ki, bundan əvvəl Hizbullah İsrailin sərhəd məntəqələrindən birində əsgərlərə pilotsuz uçuş aparatı ilə hücum edildiyini bildirmişdi.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki