image-2000x150px
image-123
image-ads_atlas
image-2022-04-22t073439z_900982144_rc26st90rnjr_rtrmadp_3_germany-economy-pmi-pic_32ratio_1200x800-1200x800-1645backend

İsveç mərkəzi bankı Avropa və ABŞ arasında məhsuldarlıq fərqindən narahatdır

image-728x90px

Avropa təcili olaraq ABŞ ilə məhsuldarlıq fərqini bağlamalıdır, yoxsa daha çox artım imkanlarını əldən vermə riski var.

Bu barədə “Financial Times” İsveç Mərkəzi Bankının rəhbəri Erik Tedenin bəyanatına istinadən yazır.

Onun sözlərinə görə, son 6 ildə İsveç iqtisadiyyatı avrozonadan daha yaxşı inkişaf etsə də, məhsuldarlığın xeyli sürətlə artdığı ABŞ-dan geri qalıb.

“Onlar Avropanı, o cümlədən İsveçi qabaqlayırlar. ABŞ-da məhsuldarlığın artımı daha güclü olmuşdur. Avropalı siyasətçilərin bu problemi həll etməyə çalışması çox vacibdir”, – Teden bildirib.

Qəzet yazır ki, onun şərhləri Avropanın ABŞ və Çinlə necə daha rəqabətədavamlı ola biləcəyi ilə bağlı müzakirələrə təkan verəcək.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki