image-n1karobka_ads
image-123
image-6787b250ae5ac946835f5546backend

İtaliyanın dövlət borcu ilk dəfə 3 trilyon avronu keçib

İtaliyanın dövlət borcunun həcmi 3 trilyon avronu keçərək tarixi maksimuma çatıb.

Doğru.az xəbər verir ki  bu barədə İtaliya Bankı məlumat yayıb.

Qeyd olunur ki, ölkənin dövlət borcu 2024-cü ilin noyabr ayında əvvəlki ayla müqayisədə 23,9 milyard avro artaraq 3005 trilyon avroya çatıb.

İtaliya Mərkəzi Bankının məlumatına görə, artım Maliyyə Nazirliyinin likvid aktivlərinin – 20,9 milyard avrodan 63,9 milyard avroya qədər artımını və dövlət idarəçiliyinin 3,2 milyard avro tələbatını əks etdirir.

Bundan əvvəl ABŞ-ın dövlət borcunun qanunla müəyyən edilmiş yuxarı həddinə növbəti dəfə çata biləcəyi bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki