Azərbaycanda iyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.
Doğru.az xəbər verir ki, şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 23-28°, gündüz isə 35-40° isti müşahidə olunacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.
Bölgələrdə də hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq zonalarda duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda gecə 22-27°, gündüz 36-41° isti, dağlarda isə gecə 15-20°, gündüz 28-33° isti olacaq.
DOĞRU.AZ