image-n1karobka_ads
image-123
image-efacbb640b21484d90ba323ec47aaf4fbackend

İyulun 22-nə olan hava proqnozu açıqlandı

image-ad_qayo_720x110px

Azərbaycanda iyulun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Doğru.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyu şimal çimərliklərində 26-27, cənub çimərliklərində isə 27-28 dərəcə isti olacaq.

Rayonlarda da hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə gündüz qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu düzənliklərdə gündüz 36-41, dağlarda isə 28-33 dərəcə isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki