image-n1karobka_ads
image-123
image-freepik125backend

İyulun 24-nə hava proqnozu açıqlandı – Temperatur 41 dərəcəyə çatacaq

image-ad_qayo_720x110px

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti iyulun 24-nə gözlənilən hava şəraitini açıqlayıb.

Doğru.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə temperatur 23-27, gündüz isə 34-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Bölgələrdə də hava əsasən sabit və yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış və şimşək ehtimalı var. Gecə və səhər dağlıq yerlərdə arabir duman müşahidə oluna bilər. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu düzənliklərdə gecə 23-28, gündüz 36-41, dağlıq ərazilərdə isə gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki