Azərbaycanda iyulun 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Doğru.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin səhər bəzi ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 23-27, gündüz isə 33-37 dərəcə isti olacaq.
Rayonlarda isə bəzi yerlərdə yağış, şimşək, qısamüddətli leysan və dolu gözlənilir. Axşama doğru yağıntıların tədricən kəsiləcəyi bildirilir. Dağlıq ərazilərdə isə duman müşahidə oluna bilər. Havanın temperaturu düzənliklərdə gündüz 35-40, dağlarda isə 22-26 dərəcə isti olacaq.
DOĞRU.AZ