image-n1karobka_ads
image-123
image-17637274023206860417_1200x630backend

“Kapital Bank” Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirib

image-ad_qayo_720x110px

“Kapital Bank”ın nümayəndə heyəti Gəncə şəhərində yerləşən üç ali təhsil müəssisəsində – Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində elmi-pedaqoji heyət və tələbələr üçün kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlimlər keçirib.

Tədbirlər “Dayan, Düşün, Dəqiqləşdir” kampaniyası çərçivəsində baş tutub.

Təlimlərdə “Kapital Bank”ın Təhlükəsizlik departamentinin direktor müavini Emil Qasımov, Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov və bankın “Gəncə” filialının müdiri Vüqar Paşayev çıxış edərək, kiberdələduzluğun növləri, real dələduzluq nümunələri, müdafiə üsulları və bankın təhlükəsizlik mexanizmləri barədə iştirakçılara geniş məlumat veriblər.

Bank nümayəndələri baş vermiş real dələduzluq halları barədə danışaraq, vətəndaşların emosional vəziyyətlərindən sui-istifadə edildiyini xüsusilə vurğulayıblar. Bir sıra hallarda, vətəndaşların telefon zəngləri və müxtəlif sosial şəbəkələr vasitəsilə aldadılması qeyd edilib. Həmçinin vətəndaşlara plastik kartlarını 3-cü şəxslərə istifadəyə verilməsinin yolverilməz olduğu bildirilib. Bank nümayəndələri qeyd ediblər ki, kart məlumatlarının paylaşılması dələduzluq halları üçün birbaşa imkan yaradır və hər kəs sadə kibergigiyena qaydalarını bilmək və əməl etməklə özünü dələduzlardan qoruya bilər. Hər üç təlimin yekununda iştirakçılarla interaktiv sual-cavab sessiyası keçirilib, auditoriyanın gündəlik həyatda rastlaşdığı real dələduzluq situasiyaları müzakirə olunub və bank nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.

Xatırladaq ki, “Kapital Bank” tərəfindən həyata keçirilən “Dayan, düşün, dəqiqləşdir” kampaniyası çərçivəsində ölkə üzrə maarifləndirici təşəbbüslər həyata keçirilir. Bank təlimlərlə yanaşı, mediada kibertəhlükəsizliklə bağlı press-relizlər, sosial şəbəkələrdə videoçarxlar və posterlər paylaşaraq, vətəndaşların məlumatlılığının artırılmasına dəstək olur.

Qeyd edək ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı, hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxslərlə paylaşmaması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmaq olmaz ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən zəng edə bilməz. “Kapital Bank” adından zəng edən şəxslərin isə bank əməkdaşı olub-olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq edən mesaj tələb edə bilər. O həqiqətən bank əməkdaşıdırsa, vətəndaş “Birbank” mobil tətbiqində bunu təsdiq edən bildiriş alır.

Bildirişdə qeyd edilir: “Dəyərli “Birbank”lı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”.

Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.

Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün – https://kbl.az/prcrc.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki