image-n1karobka_ads
image-123
image-17665793374504941884_1200x630backend

Kənd təsərrüfatı nazirinin müavini vətəndaşları qəbul etdi, təsərrüfatlara baxış keçirdi

image-ad_qayo_720x110px

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində Ağcabədi, Bərdə, Qax, Şamaxı və Samux rayonlarından olan vətəndaşları qəbul edib.

Doğru.az xəbər verir ki, qəbul zamanı vətəndaşların müraciətləri əsasən işlə təminat, aqrokimyəvi analizlər, subsidiya ödənişləri, torpağın icarəsi və digər məsələlərlə bağlı olub.

Nazir müavini hər bir müraciəti diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Daha sonra İlhamə Qədimova Ağcabədi rayonunun Hindarx qəsəbəsində “Azadagro” MMC və “Ağcabədi taxıl” MMC-yə məxsus bağlara, intensiv arpa sahələrinə baxış keçirib, təsərrüfat rəhbərləri ilə əkinçilik və bağçılıqda müasir aqrotexniki qulluq, dövlət dəstəyi, subsidiya və suvarma sistemlərinin genişləndirilməsi mövzusunda fikir mübadiləsi aparıb.

Nazir müavini həmçinin Hacıbədəlli kəndində Yusif Lətif oğlu Əsədova məxsus damazlıq qoyunçuluq təsərrüfatına baxış keçirib və heyvandarlıqla məşğul olan fermerlərlə görüşüb.

DOĞRU.AZ

image-1766579337838214_1200x630 image-17665793372935227069_1200x630 image-176657933791407772_1200x630 image-1766579337824219404_1200x630 image-17665793375336232783_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki