image-n1karobka_ads
image-123
image-upload-shutterstock_2158528455-pic_32ratio_900x600-900x600-41977backend

Kiyev sənaye müəssisələrinin bir hissəsini Varşavaya satmaq istəyir

image-ad_qayo_720x110px

Ukrayna hakimiyyəti Polşaya kimya sənayesi və titan istehsalı sahəsində dövlət müəssisələrinin, o cümlədən çörək və içki zavodlarının bir hissəsini satmaq niyyətindədir.

Bu barədə TASS Ukrayna Dövlət Əmlak Fonduna istinadən məlumat yayıb.

Bildirilir ki, Fondun rəhbəri Vitali Koval Polşaya səfər edib, orada dövlət aktivləri nazirinin müavini Yaçek Dorkminski ilə görüşüb, görüş zamanı tərəflər Polşa nazirliyinin nümayəndə heyətinin Ukraynaya səfəri barədə razılığa gəliblər.

“Səfərin məqsədi irimiqyaslı özəlləşdirmə, xüsusən kimya və titan sənayesində potensial imkanları araşdırmaq olacaq. Bundan əlavə, Polşa tərəfi qida sənayesinə, xüsusən də çörək zavodlarına və içki zavodlarına maraq göstərib”, – deyə Ukrayna Dövlət Əmlak Fondunun açıqlamasında bildirilir.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki