ABŞ-da keçiriləcək prezident seçkiləri Ukrayna münaqişəsinin həlli yollarını tapmaq üçün şans olacaq.
Bu barədə RİA Novosti-yə Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bildirib.
“Vurğulamaq istərdim: şans sülhə nail olmaq deyil, yalnız yanaşmaların axtarışına başlamaqdır”, – Konstantinov qeyd edib.
Krım parlamentinin rəhbəri öz nöqteyi-nəzərini onunla izah edib ki, Amerika dövlətinin prezidentliyə namizədlərindən heç birinin münaqişədə ABŞ-ın hazırkı lideri Co Baydenin ailəsi qədər ciddi şəxsi marağı yoxdur.
Konstantinov həmçinin “düşmənin sülhməramlı ritorikası” ilə bağlı ehtiyatlı olmağa çağırıb, çünki bu, Rusiyanın sayıqlığını azaltmaq üçün istifadə edilə bilər.
Mənbə RİA Novosti