Milli Hidrometeorologiya Xidməti iyulun 3-ü günün ikinci yarısından 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə Doğru.az-a xidmətdən bildirilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Saatlı, Sabirabad, İmişli, Zərdab, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında da şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.
DOĞRU.AZ