image-n1karobka_ads
image-123
image-17447281395722141448_1200x630backend

Küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq verilib

image-ad_qayo_720x110px

Milli Hidrometeorologiya Xidməti aprelin 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq verib.

Xidmətdən Doğru.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Balakən, Qax, Şəki, Zaqatala, Salyan, Gəncə, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Xaçmaz, Quba, Samux, Ağdaş, Ucar, Kürdəmir, Göygöl, Biləsuvar, Yevlax, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Saatlı, Sabirabad, Zərdab, Göyçay və İmişlidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Kəlbəcər, Laçın, Qobustan, Şabran, Xızı, Siyəzən, Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Goranboy, Naftalan və Daşkəsəndə də şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 metr/saniyəyədək güclənəcək.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 28.5 m/s və daha çox olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki