image-2000x150px
image-123
image-ads_atlas
image-kulekbackend

Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

image-728x90px

İyunun 8 hava ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

Doğru.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Mingəçevir, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13,9-20,7 metr/saniyə təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.

Küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 8-i günün birinci yarısında, bölgələrdə isə gün ərzində fasilələrlə davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki