image-n1karobka_ads
image-123
image-qezabackend

Kürdəmirdə ağır qəzada üç nəfər öldü

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

“Report” xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq bir neçə dəfə çevrilərək yol kənarına aşıb.

Qəza zamanı avtomobildə olan üç nəfər rayonun Cəyli kənd sakinləri Ceyhun Ağanəzər oğlu Xanalıyev, Toğrul Hikmət oğlu Xanalıyev və Süleyman Qarakişi oğlu Əhmədov dünyasını dəyişiblər.

Umudov Əflatun Əflan oğlu isə ağır bədən xəsarətləri alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki