image-n1karobka_ads
image-123
image-69701675ae5ac9383e6ceabfbackend

İstanbulda metro relsdən çıxdı – FOTO

image-add-a-heading

İstanbulun Esenler rayonunda metro qatarının relsdən çıxması ilə nəticələnən hadisə baş verib.

Doğru.az xəbər verir ki, “A Haber” qəzetinin 2 fevral tarixli məlumatına görə, Esenler avtobus terminalı yaxınlığında hərəkət edən metro qatarı hələlik naməlum səbəbdən relsdən çıxıb.

Telekanalın məlumatında bildirilir ki, bütün sərnişinlər təhlükəsiz şəkildə təxliyə olunub, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə təcili tibbi yardım və texniki xidmət briqadaları cəlb olunub, bərpa işlərinə başlanılıb.

Qəza ilə bağlı araşdırma aparılır, relsdən çıxmanın səbəbləri dəqiqləşdirilir.

Qeyd edək ki, daha əvvəl Polşanın infrastruktur naziri Dariuş Klimçak Varşava–Krakov dəmir yolu xəttində “Polregio” qatarının relsdən çıxdığını bildirmişdi. Bundan başqa, Rusiyanın Kirov bölgəsində, Qorki dəmir yolunun Oriçi–Şaleqovo hissəsində 21 yük qatarı vaqonunun relsdən çıxması hadisəsi də qeydə alınmışdı.

DOĞRU.AZ

image-806x378-esenlerde-metro-raydan-cikti-yolcular-tahliye-edildi-1770042967627

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki