image-n1karobka_ads
image-123
image-1648570532_dtxyenibackend

DTX əməliyyatı: saxlanılanlar var

image-add-a-heading

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları hüquqi məsuliyyətə cəlb olunub.

Doğru.az xəbər verir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən vətəndaşların müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Əldə olunmuş məlumatlara əsasən, Rusiya və Ukrayna arasında davam edən döyüş əməliyyatlarında xeyli sayda Azərbaycan vətəndaşı iştirak edib, onların bir qismi həlak olub, itkin düşüb, yaralanıb, bəzilərinin isə əsirlikdə saxlanıldığı müəyyən edilib.

Aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları – 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etdikləri sübuta yetirilib.

Məlumata görə, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Rəsmi qurumlar bir daha vətəndaşlara xəbərdarlıq edərək bildiriblər ki, bu tip silahlı münaqişələrdə iştirak Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır və gələcəkdə də bu cür əməllərə yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki