Qahirədə yerli yanacaqdoldurma məntəqəsinin yaxınlığında iki mağaza yerə çöküb.
Doğru.az xəbər verir ki, rg.ru saytının məlumatına görə, binaların altındakı torpaq yavaş-yavaş çökməyə başlayıb. Bir dəqiqə ərzində pərakəndə satış məntəqələrinin yerləşdiyi ərazidə diametri təxminən 15 metr və eyni dərinlikdə böyük bir çuxur əmələ gəlib.
Daha əvvəl Sankt-Peterburqda asfaltın çökməsi səbəbindən insanların yaşayış binasından təxliyə olunduğu bildirilmişdi.
DOĞRU.AZ




























