image-n1karobka_ads
image-123
image-17670359261788519033_1200x630backend

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlarla bayram şənliyində – FOTO

image-ad_qayo_720x110px

Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün bayram şənliyi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan şənliyin əsas məqsədi azyaşlılar üçün bayram əhvali-ruhiyyəsi yaratmaq, onlara sevinc dolu anlar yaşatmaq olub.

Bayram proqramı çərçivəsində balacalar üçün Yeni il personajlarının və sevimli nağıl qəhrəmanlarının iştirakı ilə əyləncəli oyunlar, interaktiv tədbirlər və musiqili proqramlar təşkil olunub.

Tədbir zamanı, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün bu il hazırlanan “Göyərçin” jurnalının Yeni ilə həsr olunmuş xüsusi buraxılışı da təqdim olunub. 1958-ci ildən etibarən nəşr olunan “Göyərçin” jurnalı ibtidai sinif şagirdləri və məktəbəqədər yaş qrupuna aid olan azyaşlı oxucular üçün aylıq jurnal kimi çap edilir. Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğludur. Bayram şənliyi çərçivəsində təqdim edilən bu nəşr tədbirdə iştirak edən uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Şənlik zamanı “Göyərçin” jurnalından nağıl və şeirlər səsləndirilib, uşaqlar müxtəlif müsabiqə və oyunlarda fəal iştirak ediblər.

Şənlikdə iştirak edən Xalq artisti Faiq Ağayev öz repertuarından mahnılar ifa edib, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlarla birgə rəqs edib, əyləniblər.

Bugünkü şənlik Xalq artistinin doğum gününə təsadüf etdiyindən o, bu özəl gününü uşaqlarla birgə qeyd edib, onlarla tort üzərindəki şamları üfürüb.

Şənlik zamanı, həmçinin 2 və 3 saylı uşaq evləri sosial xidmət müəssisələrinin sakinləri öz rəqs məharətlərini nümayiş etdiriblər.

Sonda uşaqlarla birgə tort kəsilib, onlara müxtəlif bayram hədiyyələri təqdim edilib. Bununla yanaşı, uşaqlara “Göyərçin” jurnalının xüsusi buraxılışı da hədiyyə olunub.

DOĞRU.AZ

image-17670359265920837709_1200x630 image-17670359264747317968_1200x630 image-1767035926968750029_1200x630 image-1767035926686537821_1200x630 image-17670359263955954425_1200x630 image-17670359263193633561_1200x630 image-1767035926361410337_1200x630 image-1767035926641031715_1200x630 image-1767035926357017120_1200x630 image-17670359264842441169_1200x630 image-1767035926561158147_1200x630 image-1767035926553876412_1200x630 image-17670359264712224936_1200x630 image-17670359266023117115_1200x630 image-17670359265997531449_1200x630 image-17670359265997433395_1200x630 image-1767035926331576344_1200x630 image-17670359263242824344_1200x630 image-17670359261734713184_1200x630 image-17670359261159752961_1200x630 image-17670359262024352911_1200x630 image-17670359265611359569_1200x630 image-17670359263608918551_1200x630 image-17670359261065621744_1200x630 image-17670404735178360472_1200x630 image-17670404735776244427_1200x630 image-176704047317462384_1200x630 image-17670359262229664526_1200x630 image-17670359265117945680_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki