image-n1karobka_ads
image-123
image-leylaabackend

Leyla Əliyeva: Ekologiya artıq sözdən yox, fəaliyyətdən ibarətdir – VİDEO

image-ad_qayo_720x110px

IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədi ilə yaradılıb. Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Euronews” telekanalına müsahibəsində danışıb.

Doğru.az xəbər verir ki, telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində gördüyü işlərə həsr olunan reportaj yayımlayıb.

Leyla Əliyeva bildirib ki, ekologiya təkcə ayrı-ayrı növlərin qorunması deyil, insanların həyat tərzi və ətraf mühitə münasibəti ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, son illərdə Azərbaycanda milli parkların sayı və əhatə dairəsi genişləndirilib, yaxın zamanda isə Qarabağ Milli Parkının açılışı gözlənilir. Bununla da qorunan ərazilər ölkə ərazisinin təxminən 30 faizini təşkil edəcək.

Müsahibədə Xəzər dənizində su səviyyəsinin azalması, çirklənmə və Xəzər suitisi üçün yaranan təhlükələrə də diqqət çəkilib. Leyla Əliyeva vurğulayıb ki, bu problemlər yalnız bir ölkənin səyləri ilə həll oluna bilməz və Xəzər ortaq sərvət kimi qorunmalıdır.

Reportajda həmçinin Azərbaycanda biomüxtəlifliyin qorunması, bizonların təbiətə qaytarılması və Xəzər dənizinin mikroplastik çirklənmədən təmizlənməsi istiqamətində IDEA-nın həyata keçirdiyi layihələrdən bəhs olunub.

Materialda qeyd edilir ki, ekoloji çağırışlar artıq qlobal məsuliyyət tələb edir və bu sahədə atılan addımlar planetin gələcəyi baxımından həlledici əhəmiyyət daşıyır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki