Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 9-da Türkmənbaşı şəhərində “Galkynysh” Milli At Oyunları Qrupunun təqdimatını izləyib və Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib.
Doğru.az xəbər verir ki, “Galkynysh” Qrupu çıxışı zamanı qədim atçılıq ənənələrini, milli mədəniyyəti və folkloru nümayiş etdirib. Daha sonra Leyla Əliyeva sərgidə iştirak edərək Türkmənistan mətbəxinin ənənələri ilə tanış olub. Tədbir musiqi və rəqs nömrələri ilə zənginləşdirilib.
DOĞRU.AZ





























